\
25 Sentyabr 2024 - Çərşənbə

Uşaqların satdığı salfetin içində narkotik var? - DİN-dən açıqlama

Uşaqların satdığı salfetin içində narkotik var? - DİN-dən açıqlama
1356baxış

 

Mediapress.az xəbər verir ki, bəzi vətəndaşlar salfet paketlərinin içərisinə narkotik qoyaraq uşaqlara satdırıldığını deyirlər.

 
Sosial şəbəkələrdə yayılan iddialara görə, uşaqlardan salfet alan bir şəxsi qısa müddət sonra Çevik Polis Alayının əməkdaşları saxlayıb və paketi açdıqda içərisindən sintetik narkotik çıxıb.
Məlumata görə, Tbilisi prospektində baş verən hadisə zamanı polislər onun narkotik alveri ilə məşğul olduğunu bildiriblər və vətəndaşa 1500 manat cərimə yazılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mediapress.az -a bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:
 
“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.