\
25 Sentyabr 2024 - Çərşənbə

Bakıda şagirdlər arasında kütləvi dava - Açıqlama - VİDEO

Bakıda şagirdlər arasında kütləvi dava - Açıqlama - VİDEO
1423baxış

Bakıda məktəblilər arasında kütləvi dava baş verib.

 
Hadisə Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında baş verib.
 
Davada iştirak edən yeniyetmələrin də həmin məktəbin şagirdləri olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildirilib ki, məsələ araşdırılır: “Yayılan görüntülərdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.