\
25 Sentyabr 2024 - Çərşənbə

Sumqayıtda ata qızını boğaraq öldürüb

Sumqayıtda ata qızını boğaraq öldürüb
1403baxış

Sumqayıtda qətl hadisəsi baş verib.

Hadisə şəhərin "Tuq zavod" yaşayış massivində qeydə alınıb. 

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.