\
25 Sentyabr 2024 - Çərşənbə

Evində yarım kilo marixuana aşkarlandı

Evində yarım kilo marixuana aşkarlandı
1390baxış

İsmayıllıda evində satış məqsədilə narkotik gizlədən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın qurudulan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, Eyyubovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.