\
23 Noyabr 2024 - Şənbə

Prokurorluq Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yayıb

Prokurorluq Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yayıb
1438baxış

Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranmış mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Cinayət işi üzrə istintaq davam edir.