\
25 Noyabr 2024 - Bazar ertəsi

ABŞ-ın milliyyətcə erməni polisi mafiyanın üzvü imiş - Həbs-qətimkan tədbiri

ABŞ-ın milliyyətcə erməni polisi mafiyanın üzvü imiş - Həbs-qətimkan tədbiri
1787baxış

ABŞ-ın Qlendeyl polisi milliyyətcə erməni olan əməkdaşını həbsə alıb. Narkotiklərlə mübarizə idarəsində çalışan Con Balyan adlı polis federal polisin müstəntiqlərinə yalan məlumat verdiyi üçün gözaltına alınıb. 

Mediapress.az “Losangeles.cbslocal.com”-a əssən məlumat yayan News.am saytına istinadən xəbər verir ki, polis Balyan Meksika mafiyası ilə gizli əlaqədə olduğunu uzun illər hər kəsdən, hətta polis həmkarlarından ustalıqla gizlədə bilib. Bundan başqa, o, Cənubi Kaliforniyanın digər mafioz qrupları ilə əlaqələrini də mahirliklə gizli saxlaya bilib.

Hazırda onun mafiya üzvləri ilə gizli elektron yazışmaları araşdırılır. Məlum olub ki, erməni polis mafiyanı polisin hazırladığı əməliyyatlardan əvvəlcədən xəbərdar edib.