Körpə bacısını diləndirən qadın saxlanıldı - Fotolar
1453
Paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman mənsubu qadın körpə bacısını diləndirərkən saxlanılıb. Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən tədbirlərlə körpə küçədən götürülüb və aidiyyəti üzrə təhvil verilib. Müvafiq tədbirlər davam etdirilir.
Qadın körpə bacısını niyə dilənməyə çıxarması ilə bağlı bildirib: "Bayramdır, ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verir..."