Azərbaycanda şirkət sahibinin meyiti tapıldı - 4 ay əvvvəl ailə qurubmuş
1478
Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.
Mediapress.az Report-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
Hələlik onun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.
Faktla bağlı araşdırma aparılır.