\
25 Sentyabr 2024 - Çərşənbə

Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
1755baxış

Paytaxtın Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mediapress.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər Qurbanov tutulub. Bu şəxsdən külli miqdarda bükümlər şəklində qablaşdırdığı narkotik vasitə heroin, tiryək, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub. Azər Qurbanov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxs barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.