\
25 Noyabr 2024 - Bazar ertəsi

Minlərlə bank hesabını soyan erməni bandası ələ keçdi - ABŞ-da

Minlərlə bank hesabını soyan erməni bandası ələ keçdi - ABŞ-da
1173baxış

ABŞ-ın Qlendeyl şəhərciyində ələ keçən 37 yaşlı Ermənistan vətəndaşı Armen Saplekçyan törətdiyi cinayətləri etiraf edib.  Məlum olub ki, o, əsasən erməni milliyyətindən olan 5 nəfərlə əlbir olaraq, planlı şəkildə sadə amerikalıların bank hesablarını ələ keçirməklə məşğul olublar.  

Alexandria News-un məlumatına görə, cinayətkar dəstə elektron vasitələrlə indiyədək 18 min bank kartını soya bilib. Belə ki, dələduzlar yanacaqdoldurma məntəqələrindəki ödəniş terminallarına skimmerlər quraşdıraraq, əməliyyat aparan vətəndaşların şəxsi məlumatlarını, o cümlədən bank məlumatlarını əldə edə biliblər. Oğurlanmış məlumatlar başqa bir karta yükləndikdən sonra ayrı-ayrı ştatlarda hesablar boşaldılırdı.

Cinayətkar dəstənin 37 yaşlı başçısı federal istintaqa digər üzvlərin adlarını verməkdən çəkinməyib. Məlum olub ki, Timburek Xasanov, Muşeq Melkonyan, Antoliy Zinçenko, Rudolf Mexakyan, Siranuş Yengibaryan Armen Saplekçyanın bandasının üzvləri olublar.

Cinayətkar dəstəyə cari ilin 31 avqust tarixində hökm oxunacağı gözlənilir.

Mediapress.az