\
25 Sentyabr 2024 - Çərşənbə

Tərtərdə Türkiyə vətəndaşı qayınatasının avtomobilini yandırıb

Tərtərdə Türkiyə vətəndaşı qayınatasının avtomobilini yandırıb
1399baxış

Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə Türkiyə vətəndaşının qayınatasının avtomobilini yandırması faktına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, aprelin 17-də gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Hazret Işık Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək ona, qayınanasına və həyat yoldaşına küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmçinin qayınatasına məxsus avtomobili qəsdən yandırıb. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Tərtər RPŞ-də müvafiq ekspertizalar təyin olunmaqla cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.