\
25 Sentyabr 2024 - Çərşənbə

Avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb

Avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb
1408baxış

Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə Mediapress.az Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.