\
16 Oktyabr 2024 - Çərşənbə

Kirayədə qalan ər arvadını qısqanclıqdan öldürdü - Sumqayıtda

Kirayədə qalan ər arvadını qısqanclıqdan öldürdü - Sumqayıtda
1139baxış

Sumqayıtda qısqanclıq zəminində qətl hadisəsi törədilib. 

Mediapress.az Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata əasən xəbər verir ki, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb. 

R. Feyziyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.