\
25 Noyabr 2024 - Bazar ertəsi

Sürücü protokola görə yol polisi ilə dalaşdı - Bakıda - VİDEO

Sürücü protokola görə yol polisi ilə dalaşdı - Bakıda - VİDEO
1270baxış

Bakı şəhərində yol-hərəkəti qaydasını pozan sürücü ilə polis arasında mübahisə yaşanıb.

Mediapress.az Oxu.Az-ın məlumatına əsasən xəbər verir ki, bu gün günorta saatlarında Bəsti Bağırova küçəsində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü yolun qadağan olunan hissəsinə çıxaraq, yol hərəkəti qaydasını pozub.

Belə olduğu təqdirdə yol polisi onu saxlayaraq, qaydalara uyğun protokol tərtib etməyə çalışıb.

Lakin cərimələndiyini görən sürücü səs-küy salaraq, yol polisləri ilə mübahisə etməyə başlayıb.

Daha sonra polisin işinə müdaxilə edən sürücüyə görə hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev sürücünün hazırda Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində olduğunu deyib.

Bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Bu gün, 17 may 2018-ci il tarixində günorta saatlarında “Hyundai” markalı nəqliyyat vasitəsi Bəsti Bağırova küçəsi ilə hərəkətdə olan zaman 3.1, yəni “Giriş qadağandır” yol-nişan təlimini pozub. O, əks istiqamətdə hərəkətdə olduğu zaman yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü isə yol polisi əməkdaşlarının qanun tələbinə tabe olmayaraq, müqavimət göstərib. Bunun nəticəsində hadisə yerinə dərhal Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub və sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb.

Sürücü Bəsti Bağırova küçəsi ilə hərəkətdə olan zaman digər yol hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə də maneə yaradıb”.