Prokurorluq Salyandakı qətllə bağlı açıqlama yayıb
Mayın 24-ü saat 01 radələrində Salyan rayonu ərazisində rayon sakni 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə nüfuz etməyən xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.