\
25 Noyabr 2024 - Bazar ertəsi

Moskvada təhlükəli manyak tutuldu - Qadınların düşməni - VİDEO

Moskvada təhlükəli manyak tutuldu - Qadınların düşməni - VİDEO
1911baxış

Moskvada 70 yaşlı təqaüdçü qadını ölümcül döyən, sonra 2 dəfə başına biz batıran manyak tutulub.

Mediapress.az Ria Novosti-yə istindən xəbər verir ki, döyülmə hadisəsi binanın blokunda quraşdırılmış təhlükəsizlik kamerasına düşüb. 25 yaşlı B.Vladislavın kimliyi dərhal bəlli olub. Polis isti izlərlə onu yaxalaya bilib.

İlkin təhqiqat zamanı bəlli olub ki, cinayətkar həmin gün başqa bir qadını da səbəbsiz yerə döyüb. Xoşbəxtlikdən qadın gənc olduğundan özündə güc tapıb hadisə yerindən uzaqlaşa bilib.

Kamera kadrlarından görünür ki, manyak gecə saat 02:00 radələrində yaşlı bir qadına yaxınlaşır və heç bir söz demədən onu vəhşicəsinə döyməyə başlayır. Daha sonra qadının çantasını tökərək oradan tapdığı deşici biz aləti ilə qurbanının başını deşir. Hazırda qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.  

Maraqlıdır ki, istintaqa ifadə verən dostları canini xoş niyyətli, sülhsevər bir insan kimi xarakterizə ediblər. Lakin onun spirtli içkinin təsiri altında tamamilə dəyişdiyini bildiriblər.

Dostları onu da etiraf ediblər ki, B.Vladislav 2009-cu ildə avto-qəzaya düşüb və həmin qəzada yeganə sağ qalan insan olub. Bundan başqa, onun son zamanlar valideynləri ilə münasibətdə problemlər yaşadığı da bildirilir. 

B,Vladislava qarşı RF CM-nin “Öldürmək cəhdi” adlı 105-ci maddəsi  ilə cinayət işi açılıb. Onu 6-15 illər arasında həbs cəzası gözləyir.

Qeyd edək ki, yerli sakinlər sosial şəbəkələr vasitəsi ilə B,Vladislavı cəzalandırmaq haqda plan paylaşıblar. Plana əsasən, cani ələ keçirilməli və yerli sakinlər tərəfindən cəzalandırılmalıdır.