\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Azad olunmuş kənddə 1 ton narkotik bitkisi məhv edilib

Azad olunmuş kənddə 1 ton narkotik bitkisi məhv edilib
1540baxış

Ağdamın işğaldan azad olunmuş Qərvənd kəndində yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.

Bu barədə Mediapress.az DİN-in mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1 hektar sahədə bitmiş 1 ton 3 kiloqram (1503 ədəd) çətənə kolu toplanaraq məhv edilib.