Cəlilabadda 5 gün əvvəl döyülən şəxs vəfat edib
1601
Cəlilabad rayonunda beş gün əvvəl döyülən şəxs evində vəfat edib.
Hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü Tasin Quliyev evində dünyasını dəyişib.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib. Onun ölümünün dəqiq səbəbi isə ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum 5 gün öncə bir və ya bir neçə şəxs tərəfindən döyülüb. O, xəstəxanada tibbi yardım aldıqdan sonra evə buraxılmışdı.