\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

51 yaşlı kişi 20 yaşlı məşuqəsi tərəfindən bıçaqlandı - Mərdəkanda

51 yaşlı kişi 20 yaşlı məşuqəsi tərəfindən bıçaqlandı - Mərdəkanda
1617baxış

Bakıda 51 yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb. Hadisə Xəzər rayonunda baş verib.

Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə  batıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır (Report.az).

Mediapress.az