Azərbaycanda 17 mayda 104 cinayət faktı qeydə alındı - Rəsmi xronika
Azərbaycanda gün ərzində 104 cinayət faktı qeydə alınıb. DİN-dən Mediapress.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.