İstirahət günlərində 212 cinayət faktı qeydə alındı - Rəsmi xronika
Həftə sonu şənbə və bazar günləri ərzində Azərbaycanda baş vermiş kriminal hadisələrin rəsmi xronikası bəlli olub.
Mediapress.az Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 2 günə ölkədə 212 cinayət faktı qeydə alınıb, onların da 47-si “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.