\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Mühafizəçini bıçaqlayan “sevgili” 1 il həbs olundu

Mühafizəçini bıçaqlayan “sevgili” 1 il həbs olundu
1651baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızla gəldiyi binanın həyətində mühafizəçini bıçaqlamaqda təqsirləndirilən Mehdi Ovçuzadə cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Ovcuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakı şəhərində baş verib. M.Ovcuzadə tanışı olan qızla qohumunun evinə gəlib. Bu zaman o, maşını binanın qarşısında saxlayıb. Daha sonra binanın mühafizəçisi ilə M.Ovcuzadə arasında mübahisə yaranıb. Mühafizəçi Mirzəməhəmməd Abduləzizov M.Ovcuzadəyə axmaq deyib. Bundan sonra M.Ovcuzadə gəzdirdiyi bıçaqla mühafizəçini vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. M.Ovcuzadə bir müddət istintaqdan yayınıb. Daha sonra polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham verilib (Report).

Mediapress.az