\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Gənc qız 42 yaşlı evli sevgilisini qəbiristanlıqda bıçaqladı - YENİLƏNİB

Gənc qız 42 yaşlı evli sevgilisini qəbiristanlıqda bıçaqladı - YENİLƏNİB
1506baxış

Mingəçevirdə 19 yaşlı qızın 42 yaşlı kişini qəbiristanlıqda bıçaqlamasının təfərrüatı məlum olub.

2003-cü il təvəllüdlü Eyvazova Tünzalə Ariz qızı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlıq ərazisində bıçaqla 1980-ci il təvəllüdlü Şəvəndiyev Nizami Qasım oğlunun qarın boşluğuna bıçaqla xəsarət yetirib.

T.Eyvazovanın yeri müəyyən olunaraq saxlanılıb və onun izahatı alınıb. Məlum olub ki, 19 yaşlı qızla 42 yaşlı kişi arasında yaxın münasibətlər olub. Sonradan onların münasibətləri pozulmağa başlayıb. Gecə saatlarında N.Şəvəndiyevi qəbiristanlığa çağıran T.Eyvazova mübahisə zəmnində onu bıçaqlayıb. Nizami Şəvəndiyev ailəli olub.

Faktla bağlı araşdırma aparılır. (unikal)