Qadın sevgilisi tərəfindən qətlə yetirilib - Azərbaycanda DƏHŞƏT
1827
Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.
Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
***
Balakəndə 27 yaşlı Elton Layıcov sevgilisinin boğazını kəsib.
"Unikal" xəbər verir ki, o bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.