Müstəqillik Günündə sakinləri qanına susayanı hansı cəza gözləyir? - FOTOLAR
1194
İyulun 4-də ABŞ-ın İllinoys ştatında Müstəqillik Günü qeyd edilən zaman 22 yaşlı Robert E. Crimo kütləyə atəş açaraq 7 nəfəri öldürüb, 39 nəfəri isə yaralayıb. Ona qarşı 117 cinayət maddəsi irəli sürülür.
Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, İllinoys ştatının baş prokuroru Erik Rinehart açıqlamasında, "bu gün hüquq-mühafizə orqanlarına və prokurorlara təşəkkür etmək istəyirəm. İstintaqımız davam edir və ekspertlərimiz bu gün 117 cinayət işi ilə nəticələnən bu cinayətdən zərərçəkənlərin hamısına dəstək olmaq üçün gecə-gündüz çalışırlar”, - deyə bildirib.
Krimo avqustun 3-də yerli vaxtla saat 11:00-da məhkəmə qarşısına çıxacaq. Əlavə edək ki, onu ömürlük həbs cəzası gözləyir.
Günel Ayxan