Fəhlə tikintinin 2-ci mərtəbəsindən yıxılaraq öldü - Sumqayıtda
1612
Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
Mediapress.az "Report"un Sumqayıt -Abşeron bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.
Təxminən 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.