\
18 Aprel 2024 - Cümə axşamı

Abşeronda qadına qarşı zor tətbiq edilib

Abşeronda qadına qarşı zor tətbiq edilib
1447baxış

Abşeronda qadına qarşı zor tətbiq edilib.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də X.Həsənovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl boyunbağısını almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.