\
23 Noyabr 2024 - Şənbə

Bu gün qətlə yetirilən əsgərin FOTOSU: evin tək oğlu imiş..

Bu gün qətlə yetirilən əsgərin FOTOSU: evin tək oğlu imiş..
1538baxış

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2003-cü il təvəllüdlü Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib. İstintaqla hadisənin eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 
Mediapress.az Unikal-a istinadən xəbər verir ki, həlak olan əsgər Xaçmaz rayonunun Yergüc kəndindəndir. Pünhanın iki bacısı var. O, 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vuracaqdı.
 
 
Qeyd edək ki, faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.