\
19 Aprel 2024 - Cümə

Tovuzda yeniyetməyə zorakılıq edən şəxs həbs edilib

Tovuzda yeniyetməyə zorakılıq edən şəxs həbs edilib
1556baxış
Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxs həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib. Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib