Nail Kəmərlinin maşınından fotoaparatını oğulayan şəxs tutuldu
Bloqer Nail Kəmərlinin avtomobilinə hücum olunması barədə məlumat vermişdik.
Mediapress.az-ın məlumatına görə, polis tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi müəyyən edilərək saxlanılıb. Məlum olub ki, həmin şəxs 1997-ci il təvəllüdlü Binəqədi rayon sakini Əli Kazımovdur.
Qeyd edək ki, bir neçə gün öncə N.Kəmərli sosial şəbəkədə məlumat yayaraq bildirmişdi ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edilib. Maşından fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitofonu sındırılaraq yararsız hala salınıb. N.Kəmərli baş vermiş hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu və onun fəaliyyətindən narahat olan qüvvələr tərəfindən törədildiyini bildirib.
Qeyd edək ki, Nail Kəmərli bir müddətdir narkomaniya ilə bağlı çəkdiyi videolarla gündəmə gəlib.