\
25 Noyabr 2024 - Bazar ertəsi

Əri tərəfindən öldürülən qadın müəllimə imiş

Əri tərəfindən öldürülən qadın müəllimə imiş
1679baxış
Dünən Xətai rayonunda kürəkəni tərəfindən qətlə yetirilən ana və qızının meyitləri bu gün morqdan ailələrinə təhvil verilib. 
"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, hazırda öldürülən Mahirə İsgəndərova və Günay İsgəndərovanın meyitləri dəfn olunmaq üçün ata evindən götürülür. Onları öldürən kürəkən Ramin İsgəndərov isə polis bölməsinə gedərək təslim olub. 
 
Məlum olub ki, sözügedən həyət evini Günay İsgəndərovun atası Hüseyn İsgəndərov tikib. Ailənin maddi problemlərinin həlli üçün onlara hədiyyə edib. Həmin evin yanında H. İsgəndərova məxsus qaraj da olub. Dünən qız və anası ora gedərək yundan yorğan salmaq istəyiblər. Bunu bilən Ramin İsmayılov da həmin yerə gəlib və orada münaqişə zəminində qətl baş verib. Qeyd edilir ki, Ramin ayrılıqdan sonra məhz həmin qarajda yaşayırmış.
 
G. İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var, hadisə barədə polisə də məhz bu uşaq xəbər verib.
 
Bir il ayrı qalandan sonra barışan cütlük, təzəlikcə yenidən ayrılıbmışlar. M. İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən N. İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb. 
 
Günay İsgəndərovun atası H. İsgəndərov öncə Mahirə İsgəndərovanın bacısı ilə evli olub, bu evlilikdən bir qızı və bir oğlu olub. Daha sonra həmin qadın vəfat edib və H. İsgəndərov onun bacısı Mahirə ilə evlənib. Bu evlilikdən də Günay dünyaya gəlibmiş.