\
26 Aprel 2024 - Cümə

Avtomobildən 30 min manat oğurlanıb

Avtomobildən 30 min manat oğurlanıb
1367baxış

Bakıda avtomobildən 30 min manat oğurlanıb.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.