Bakıda silahlı insident - Ehtiyatsızlıqdan özünü güllələdi
1408
Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.
1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən “İj” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.