Azərbaycanda 22 mayda 124 cinayət faktı qeydə alındı - Rəsmi xronika
Azərbaycanda 22 mayda tarixində 124 cinayət faktı qeydə alınıb.
Mediapress.az DİN-in məlumatına əsasən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.