\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İntihara hazırlaşan şəxs fikrindən daşındı - Bakıda

İntihara hazırlaşan şəxs fikrindən daşındı - Bakıda
1656baxış

Dünən axşam saatlarında Bakıda intihara cəhd hadisəsi baş verib.

Mediapress.az FHN-nin məlumatına əsasən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat uğurla başa çatıb.