\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqladı - Xırdalanda

Sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqladı - Xırdalanda
1663baxış

Abşeron rayonunun Xırdalan şəhərində sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.

Mediapress.az "Report"-un məlumatına əsasən xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ.Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.