\
19 Aprel 2024 - Cümə

"Şəhid bacısı" profilləri ilə insanlardan pul yığdı - Video

"Şəhid bacısı" profilləri ilə insanlardan pul yığdı - Video
1466baxış

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub. 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.