\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

32 yaşlı qız nişanından bir gün sonra ağır yaraladı - Bakıda

32 yaşlı qız nişanından bir gün sonra ağır yaraladı - Bakıda
1643baxış

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az "Report"a istinadən  xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Yusif Səfərov küçəsində Heydər Əliyev prospektinin keçid hissəsindən "Excelsior" otelə tərəf keçən 1986-cı il təvəllüdlü Babayeva Təsmurə Mirvəzir qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, hadisədən bir gün əvvəl T.Babayevanın nişan mərasimi keçirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.