\
22 Noyabr 2024 - Cümə

Əmisini öldürən şəxs saxlanıldı

Əmisini öldürən şəxs saxlanıldı
1504baxış

Sentyabrın 29-u saat 03 radələrində 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyiti tapılıb. 

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.