Jurnalistika fakultəsinin tələbəsini öldürüb, hissələrə bölən şəxs intihar etdi - FOTOLAR
Antalyada dəhşətli hadisənin "qəhrəmanı" intihar etdi!
Mediapress.az türk mətbuatına istinadən xəbər verir ki, Azra Güləndam Haytaoğlu Akdeniz Universitetinin Jurnalistika fakultəsinin üçüncü kurs tələbəsi olub. O, 2022-ci ilin 28 iyulunda evdən çıxsa da, bir daha geri dönməyib. Ailə üzvləri bir müddət gözlədikdən sonra polisə məlumat verməyi qərara alıb. Bir neçə gün çəkən axtarışlardan sonra Azranın son dəfə ev alqı-satqısı ilə məşğul olan Mustafa Murat Ayhanla danışması faktı ortaya çıxıb. İlk şübhəli şəxs kimi saxlanılan Mustafa Azraya təcavüz etdiyini, daha sonra onu öldürdüyünü etiaf edib. Hələ bu azmış kimi, tələbə qızın cəsədini 13 hissəyə böldüyü də məlum olub. O, tələbə qızın bədəninin hissələrini harda basdırdığını da göstərib. Polis əməkdaşları təkcə meyitin başını tapa bilməyiblər.
Beləliklə, Mustafa törətdiyi qətl hadisəsinə görə ömürlük həbs cəzasına məhkum edilib. Bu gün isə məlum olub ki, gecə saatlarında Mustafa Murat Ayhan cəzasını çəkdiyi müəssisədə bilərlərini kəsərək intihar edib.