\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Metroda növbəti intihara cəhdin qarşısı alındı

Metroda növbəti intihara cəhdin qarşısı alındı
1654baxış

Bu gün saat 09:25-də "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb.

Hazırda qatarların hərəkəti normal qaydada davam edir.

Mediapress.az