İnsanları zəhərləyən azərbaycanlının müəmmalı ölümü - İsraildə
Rusiyanın Leninqrad vilayətində on minlərlə butulka saxta araq düzəldib satış şəbəkələrinə paylayan Azərbaycan vətəndaşı məhkəmədən yayınmaq üçün qaçdığı ölkədə - İsraildə müəmmalı şəkildə ölüb.
Medaipress.az Virtualaz.org-un Rusiya KİV-lərinə istinadən yaydığı məlumata əssən xəbər verir ki, 40 yaşlı Səxavət Tofiq oğlu Hacıyevin İsraildə öldüyü barədə hüquq-mühafizə orqanlarına mayın 22-də məlumat daxil olub. Məlumata görə o, ötən il oktyabrın 26-da ölüb.
Səxavət Hacıyevin barəsində 2015-ci ildə alkoqollu içkilərin saxtalaşdırılmasına görə bir neçə maddə ilə cinayət işi qaldırılıb, barəsində 2016-cı ildə axtarış elan olunub. İstintaq materiallarına əsasən Hacıyev 2015-ci ildə Vsevolojsk rayonunda digər şəxslərdən qanunsuz yollarla saxta araq istehsal etmək üçün xammal və digər zəruri materiallar əldə edib. Xüsusi dəzgahlar quraşdırılmış sexdə “Talka”, “Parlament”, “Pyat Ozer”, “Xortitsiya” və “Zelyonaya marka” markaları altında saxta araq hazırlayıb. Hacıyev bu işə Özbəkistan və Azərbaycan vətəndaşlarını da cəlb edib.
İstintaq zamanı Hacıyevin sexindən 35 min butulka saxta araq aşkar olunub.