\
20 Aprel 2024 - Şənbə

“Pişiyə işgəncə verən şəxslə bağlı araşdırma aparılır” - DİN - Video

“Pişiyə işgəncə verən şəxslə bağlı araşdırma aparılır” - DİN - Video
1405baxış

Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.

Mediapress.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi oxu.az-ın sorğusunu cavablandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.