\
20 Aprel 2024 - Şənbə

Qadın evə basqın edib

Qadın evə basqın edib
1373baxış

Bakıda quldurluq hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, Bakı şəhər sakini olan bir qadın polis bölməsinə müraciət edərək oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb. 

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.