\
20 Aprel 2024 - Şənbə

"Şuşa qalası"nda dava düşüb

"Şuşa qalası"nda dava düşüb
1462baxış

Nizami rayonu ərazisində yerləşən "Şuşa qalası" restoranında dava düşüb. 

Təbriz Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə gecə saat 23 radələrində ictimai qaydanı pozaraq Sirac Mustafayevə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetiriblər. Qardaşlar saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Mediapress.az