\
22 Noyabr 2024 - Cümə

Saxlanılan şəxs polis məntəqəsində öldü

Saxlanılan şəxs polis məntəqəsində öldü
1497baxış

Paytaxtın Nərimanov rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.

 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mediapress.az -a bildirilib ki, məhkəmənin qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.
 
 
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
 
 
Araşdırma aparılır.