Mağazadan 30 min manat pul oğurlayan şəxs saxlanılıb
1504
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mediapress.az-a verilən məlumata görə, 2022-ci ilin fevral-may ayları ərzində Cəlilabad şəhər ərazisindəki taxıl məhsullarının topdan şatışının həyata keçirildiyi mağazaların birindən 30 min manat pulun oğurlanması barədə polisə müraciət daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Cümə Mustafayev olduğu məlum olub.
Faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma aparılır