\
25 Noyabr 2024 - Bazar ertəsi

BP-yə işə düzəltmək adı ilə 6 nəfərdən 59 manat toplayan dələduza cəza istəndi - Bakı Ağır Cinayətlər Məhkəməsində

BP-yə işə düzəltmək adı ilə 6 nəfərdən 59 manat toplayan dələduza cəza istəndi - Bakı Ağır Cinayətlər Məhkəməsində
1698baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, S.Əhmədovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 30-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə sürücü kimi işə düzəltmək adı ilə 6 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 59 min manat məbləğində ziyan vurub.

Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb (APA).