\
20 Aprel 2024 - Şənbə

Sabirabadda arvadına bıçaqla çoxsaylı xəsarətlər yetirərən şəxs TUTULDU - YENİLƏNİB

Sabirabadda arvadına bıçaqla çoxsaylı xəsarətlər yetirərən şəxs TUTULDU - YENİLƏNİB
1367baxış

Sabirabadda həyat yoldaşını öldürməyə cəhddə günahlandırılan şəxs tutulub.

Rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 20-si Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

10:14

Sabirabadda gənc qadın bıçaqlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü İsayeva Təhminə Fuad qızı ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadına xəsarət yetirməkdə əri şübhəli bilinir. O saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.