\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb
1650baxış

Mediapress.az-ın verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Əmirov Arif Əmirhüseyin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat başa çatıb.